Bakı. Trend:
Şagirdin əsas öhdəliyi dərs oxumaqdır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" səhifəsində nazirliyin 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.
Onun sözlərinə görə, bu, dəyişilməz qaydadır:
"Valideynlər uşaqlarla münasibətlərini məktəbə uyğun formalaşdırmalıdırlar. Gün ərzində şagirdin ilk olaraq qida və yuxu rejimi normal olmalıdır. Zamanın daha çox hissəsi dərs də ola bilməz. Uşağın evdə asudə vaxtı da nəzərə alınmalıdır. Uşaqlar istirahət etməlidirlər ki, psixi sağlamlıqlarında nizam pozulmasın".
R.Nəcəfov bildirib ki, məktəbdə və evdə uşağın düzgün istiqamətdə inkişaf etdirilməsində bütün tərəflər maraqlı olmalıdır:
"Uşağı heç nədən məhrum etmək olmaz. Məhrumiyyətləri əvəzləmək lazımdır. Amma məhdudiyyətlər qoyulmalıdır. Uşağın bütün istək və maraqları dərsləri ilə tənzimlənməlidir".