...

Milli Su Strategiyası Nazirlər Kabinetində təsdiq mərhələsindədir - RƏSMİ

Cəmiyyət Materials 26 Sentyabr 2024 13:11 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Milli Su Strategiyası hazırlanıb və Nazirlər Kabinetində təsdiq mərhələsindədir.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və innovasiyalar sektorunun müdiri Əliağa Əzizov Xəzər Su İnnovasiya Forumunda panel müzakirəsi zamanı deyib.

“Yerli kadrların potensialının artırılmasına dəstək verilməsi niyyətindəyik. Bu sahədə də qabaqcıl beynəlxalq təcrübələrin tətbiq olunmasına maraqlıyıq", - deyə Agentliyin rəsmisi panel müzakirəsi zamanı əlavə edib.

Qeyd edək ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində çıxışı zamanı bildirib ki, yaxın günlərdə qəbul olunacağı gözlənilən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti