...

Ağdam Sənaye Parkının 60 faizi dolub - Aqşin İbişsoy

Cəmiyyət Materials 15 Oktyabr 2024 15:56 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam Sənaye Parkının 60 faizi dolub.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Biznes layihələrin təhlili şöbəsinin rəhbəri Aqşin İbişsoy Xəzər İnşaat Həftəsində deyib.

O qeyd edib ki, Ağdam sənaye parkına maraq çoxdur.

"Gələn il Ağdam Sənaye Parkında yer qalmayacaq. Bu günlərdə Ağdam Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayb. Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb. İlkin mərhələdə 150-dən çox daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə bu iş yerlərinin sayının 456 nəfərə çatdırılması nəzərədə tutulur", - deyə o əlavə edib.

Qeyd edək ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbir olan Xəzər İnşaat Həftəsi keçirilir. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir. Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır.

Xəbər lenti

Xəbər lenti