...

Gələn il orta aylıq pensiyalar bu qədər artacaq

Cəmiyyət Materials 19 Noyabr 2024 11:45 (UTC +04:00)
Gələn il orta aylıq pensiyalar bu qədər artacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8 % çox proqnozlaşdırılır.

Trend xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğini isə 569 manat və ya bu ilin sonuna gözlənilən göstəricidən 8 % çox proqnozlaşıdırılır:

“Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaq. Növbəti ildə 8 %-lik artımla pensiyaçılara daha əhatəli dəstək tədbirləri təqdim edilə biləcək”.

Xəbər lenti

Xəbər lenti