...

Dünyada minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarında Azərbaycan birinci yerdədir

Cəmiyyət Materials 4 Dekabr 2024 13:19 (UTC +04:00)
Dünyada minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarında Azərbaycan birinci yerdədir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Minalarla mübarizəyə qlobal dəstək 1,03 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin İcmal konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, bu, ilk dəfədir ki, minatəmizləmə üzrə illik maliyyələşmə bir milyardı ötüb, buna səbəb isə Ukraynaya artan maliyyə yardımıdır.

"Minalarla çirklənməyə məruz qalan 20 ölkə minalarla mübarizə üzrə milli proqramlarına ümumilikdə 227,3 milyon ABŞ dolları töhfə verib ki, bu da qlobal maliyyələşdirmənin 22%-ni təşkil edir. "Landmine Monitor Report 2024" hesabatında bildirilir ki, mina problemləri ilə məşğul olan milli qeyri-hökümət təşkilatlarına birbaşa beynəlxalq yardımın 1%-dən də az hissəsi ayrılır. Minalarla mübarizəyə ayrılan beynəlxalq dəstəyin yalnız 6% qurbanlara yardım proqramlarına yönəldilib."

Sədrin sözlərinə görə, hesabatda, həmçinin “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin hazırladığı hesabata istinad olunaraq və digər ölkələrdən alınmış məlumatlara əsaslanaraq göstərilir ki, minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarında Azərbaycan Respublikası birinci yerdədir.

"Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmamışdır. Bildirilir ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq ətrafında olan ölkələrin heç birinin bu Konvensiyaya üzv olmaması və hazırda regionda yaranmış vəziyyət səbəbindən bu Konvensiyaya qoşula bilmir. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu Konvensiyanın universalizasiyasına yönəlmiş və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Ölkədə minaların təmizlənməsini həyata keçirir, mina təhlükəsinə dair maarifləndirmə proqramları davam etdirilir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti