...

690 mindən çox fizioterapiya xidməti göstərilib - RƏSMİ

Cəmiyyət Materials 6 Dekabr 2024 13:53 (UTC +04:00)
690 mindən çox fizioterapiya xidməti göstərilib - RƏSMİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, vətəndaşlar il ərzində 30 dəfə tibb müəssisəsinə yaxınlaşıb, hər müraciətdə isə 3 fizioterapiya xidmətindən yararlana bilərlər.

"Fizioterapiya təyin olunan zaman xəstənin diaqnozu, xəstəliyinin ağırlıq dərəcəsi, ümumi vəziyyəti, yaşı, cinsiyyəti, yanaşı xəstəlikləri, fiziki və psixi xüsusiyyətləri, orqanizmin əsas funksiyalarının bioritmik aktivliyi və s. nəzərə alınır. Müalicə üsulları seçimi ixtisaslı həkim tərəfindən pasiyentin diaqnozu və sadalanan amillər əsasında individual yanaşma ilə təyin edilir. Fizioterapiya təyinatına hipertoniya, istənilən lokalizasiyalı və etiologiyalı şişlər, epilepsiya tutmaları, pasiyentdə kardiostimulyatorun olması, qanaxma, qan xəstəlikləri, kaxeksiya və s. kimi ümumi əks-göstərişlər mövcuddur.

Fizioterapiya müalicə müddətinin qısaldılmasına, müalicə imkanlarının genişləndirilməsinə, dərman maddələrinin effektivliyini yüksəltməyə kömək edir. Sözügedən müalicə metodu bir çox xəstəliklərdə tətbiq olunur. Məsələn, nevroloji, travmatoloji, revmatoloji, burun, qulaq, boğaz, ağciyər, sinir-əzələ xəstəlikləri, osteoxondroz, spinal protruziya, yırtıqlar, skolioz, kifoz, lordoz, əyripəncəlik, sümük-dayaq sisteminin digər xəstəlikləri və s.", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti