Bakı. Trend:
“Diaspor Akademiyası-2” layihəsinin növbəti 7-ci təlimi baş tutub. Təlim “Diasporun imic və nüfuzu” adlı mövzuya həsr edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına “İmic və nüfuz anlayışları”, “Diasporun imic və nüfuzunun özünəməxsus xüsusiyyətləri”, “Diasporun imic və nüfuzunun ölkənin obrazının formalaşdırılmasında rolu”, həmçinin “Diasporun imic və nüfuzunun formalaşdırılması və qorunması alətləri” və digər mövzular haqqında məlumat verib.
Təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.