...

“Neftçi” - “Qarabağ” oyunundan əvvəl dörd azarkeş saxlanılıb

Cəmiyyət Materials 17 Fevral 2025 10:04 (UTC +04:00)
“Neftçi” - “Qarabağ” oyunundan əvvəl dörd azarkeş saxlanılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi” - “Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb.

“Dörd nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır”, - məlumatda deyilir.

Qeyd edək ki, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti