...

Müvafiq vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmayacaqlar

Cəmiyyət Materials 25 Fevral 2025 17:28 (UTC +04:00)
Müvafiq vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmayacaqlar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət qulluqçusunun rotasiyası qaydası təsdiqlənib.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu qayda “Dövlət qulluğu haqqında” Qanunun 31-1.1-ci maddəsinə uyğun olaraq hazırlanıb və inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçularının rotasiyası ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Bu qayda dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, korrupsiya hüquqpozmalarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının və dövlət qulluğunda maraqların toqquşmasının qarşısının alınması, həmçinin formalaşmış təcrübənin geniş yayılması üçün dövlət qulluqçularının bir vəzifədən başqa vəzifəyə keçirilməsi məqsədilə hazırlanıb.

Dövlət qulluqçusu rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınır.

Müvafiq vəzifədə 5 (beş) ildən az qulluq keçən dövlət qulluqçusu rotasiya olunmur.

Dövlət orqanlarında dövlət qulluqçularının rotasiyasının təşkili məqsədilə Rotasiya komissiyası yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti