...

Qonşu ölkəmizdə Azərbaycana qarşı tiryək müharibəsi aparılır - Deputat

Cəmiyyət Materials 3 Mart 2025 10:42 (UTC +04:00)
Qonşu ölkəmizdə Azərbaycana qarşı tiryək müharibəsi aparılır - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Biz artıq hər gün televiziyadə eşidirik ki, ölkəmizə narkotik gətirənlər aşkar edilir. Tiryək müharibələri tarixdə həmişə olub, tiryək müharibələri səssiz müharibə kateqoriyasına aiddir.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu komitənin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı deyib.

Deputat bildirib ki, bu gün bizim qonşu ölkəmizdə Azərbaycana qarşı tiryək müharibəsi aparılır:

“Bu qonşu ölkənin adını hamımız bilirik. Biz nadir hallarda Gürcüstandan, Rusiyadan, Türkiyədən narkotik keçirilməsinə rast gəlirik. Amma məlum qonşu ölkə yerdən, göydən, dənizdən narkotiki bizim başımıza yağdırır.

Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkilərinin satışıdır. Buna da hansısa məhdudiyyət gətirməliyik. Bu içkilərdən istifadə edənlərdə 22-25 yaşlarda şəkər xəstəliyi baş qaldırır, tükənmə hissi yaranır. Bu içkiləri içənlərin övladları olmur, bu genefondu qurutmaq üçün istifafə olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti