...

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Cəmiyyət Materials 6 Mart 2025 13:22 (UTC +04:00)
Sürücülərin NƏZƏRİNƏ: Bu yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avtomobil yolunun qeyd edilən hissəsində 08 mart 2025-ci il saat 10:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti