...

Bakıda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanıldı (FOTO/VİDEO)

Cəmiyyət Materials 8 Mart 2025 12:33 (UTC +04:00)
Bakıda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanıldı (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti