...

Xankəndidə Novruz konserti (VİDEO)

Cəmiyyət Materials 16 Mart 2025 13:40 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi Xankəndi şəhərində təntənəli şəkildə qeyd olunacaq.

Trend xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19.45-də Xankəndidə Zəfər meydanında "Xankəndinin bahar nəğmə" si adlı konsert olacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 18-də Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq.

Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər.

Hər ev, hər ailə bayram ovqatı və sevinc yaşayacaq.

Xəbər lenti

Xəbər lenti