...

Bəzi içkilərin reklamına dair yeni qadağalar qoyulur

Cəmiyyət Materials 18 Mart 2025 12:01 (UTC +04:00)
Bəzi içkilərin reklamına dair yeni qadağalar qoyulur
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şərabçılıq məhsullarının reklamına dair qaydalar dəyişir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Üzümçülük və şərabçılıq haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olan şərabçılıq məhsullarının reklamını yerləşdirə bilməyəcək.

Bundan əlavə “Reklam haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin reklamını yerləşdirə bilməyəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti