Bakı. Trend:
Sumqayıtda qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz"İB məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri, Qurd dərəsi massivində təmir-quraşdırma işləri ilə əlaqədar 04 aprel 11:20-dən etibarən qaz təchizatı dayandırılıb.
"Qaz təchizatı dayandırılan müddətdə Qurd dərəsi qəsəbəsində və 52-ci məhəllənin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb",- deyə əlavə edilib.