...

Ötən il markerlərə ödənilən əməkhaqqının məbləği məlum olub

Cəmiyyət Materials 8 Aprel 2025 11:33 (UTC +04:00)
Ötən il markerlərə ödənilən əməkhaqqının məbləği məlum olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə keçirilən bütün imtahanların statistikasına əsasən markerlərin ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçiriblər və onlara 1 milyon manatdan çox əməkhaqqı ödənilib.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.

Markerlərin yazı işlərinin qiymətləndirilməsi prosesində iştirak etmələrinin üstün cəhətlərini də vurğulayan A.Qasımov müəllimlərin qazandıqları təcrübəni məktəbdə sinifdaxili qiymətləndirmələrində, yoxlamaq istədikləri bacarıqlara uyğun mətn və tapşırıq tərtibetmə, şagirdlərinin göstəricilərini araşdırıb müqayisəetmə kimi fəaliyyətlərində tətbiq edə biləcəkləri və beləliklə fərdi inkişaf və bacarıqlarının təkmilləşdirilməsi üçün yaxşı bir imkan olduğunu da diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti