...

Ötən həftə azad edilmiş ərazilərdə 51 mina aşkarlanıb

Cəmiyyət Materials 5 May 2025 11:12 (UTC +04:00)
Ötən həftə azad edilmiş ərazilərdə 51 mina aşkarlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.04.2025 - 04.05.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Trend-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 32 piyada əleyhinə mina, 19 tank əleyhinə mina, 504 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 416,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti