...

Gəncənin xüsusi bəzədilən traktoru sərgidə maraqla qarşılandı (FOTO)

Cəmiyyət Materials 5 May 2025 16:54 (UTC +04:00)
Gəncənin xüsusi bəzədilən traktoru sərgidə maraqla qarşılandı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə avtomobil zavodu İstehsalat Birliyi mayın 3-də İçərişəhərdə, Qoşa Qala meydanında Beynəlxalq Xalça Festivalında iştirak edib.

Trend xəbər verir ki, bu barədə Gəncə avtomobil zavodu İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, müəəsisədə istehsal olunan, milli ornamentlərdən ibarət xalçalarla xüsusi bəzədilən traktor hamının marağına səbəb olub.

Festivala qatılan həm yerli, həm də xarici ziyarətçilər qeyri-adı traktorla yaxından maraqlanıb, şəkillər çəkdiriblər.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan və bir çox digər ölkələrdən xalçaçılar, istehlakçılar, istehsalçılar, sənət adamları, xarici qonallar iştirak edirlər.

Qeyd edilib ki, Gəncə avtomobil zavodu İB-i istehsal etdikləri avtomobil və texnikalarla mütəmadi olaraq müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti