...

Auditorlar Palatasının vəzifəli şəxslərinin növbəti məhkəməsi keçirilib

Cəmiyyət Materials 15 May 2025 11:28 (UTC +04:00)
Auditorlar Palatasının vəzifəli şəxslərinin növbəti məhkəməsi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib.

Məhkəmədə ifadə verən prokurorluq əməkdaşı Vəlixan Allahverdiyev cinayət işi üzrə hesab əməliyyatları barəsində rəy verib. O bildirib ki, ondan öncə Auditlər Palatası yoxlama aparıb:

“İş üzrə zərərçəkmiş qismində tanınan Auditlər Palatası özü də yoxlama aparmışdı. Sonra biz apardıq. Yoxlama zamanı məlum oldu ki, bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul vəsaiti köçürüb. 2018-2022-ci illər ərzində yoxlama aparılıb. 2019-cu ilədək pullar kassasan, növbəti illər ərzində isə pullar Auditlər Palatasınnın kassasından banka, ordan da müxtəlif kartlara hissə-hissə köçürülüb”.

Təqsirləndirilən Vəli Rəhimovun vəkili Faiq Nəcəfov yoxlamanı aparan şəxsə kassa yoxlaması zamanı mədaxil və məxaric olan pulların qeydiyyatının aparılması ilə bağlı sual verib.

Vəlixan Allahverdiyev həmin məbləğləri əzbər xatırlamadığını, lakin həmin qeydləri götürdüyünü bildirib. Vəkil sualını götürülən pulların yenidən kassaya mədaxil edilməsi ilə əsaslandırıb.

Təqsirləndirilən Vəli Rəhimov Gövhər Əhmədovanı saxta sənəd verməkdə ittiham edib:

“Mən əvvəlki prosesdə də bildirmişəm. Gövhər xanım mənə 65 nəfərin adı qeyd olunan şəxslərin siyahısını imzalamaq üçün verirdi. Bizdə maksimun maaş 500 manatdır. Mən ona fikir verirdim. Artıq yazılan məbləğ həmin cəm hissəsində yazılıb”.

Vəli Rəhimovun vəkili mühasibatlıq ekspertizanın aparılması ilə bağlı məhkəməyə vəsatət verib. Vəsatət təmin olunub.

Məhkəmənin növbəti prosesi 4 iyulda keçiriləcək.

Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti