...

Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti dəqiqləşdirilir

Cəmiyyət Materials 19 May 2025 11:00 (UTC +04:00)
Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti dəqiqləşdirilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyacaqlar.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bundan əlavə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyacaqlar.

Mövcud qanunvericiliyə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti