Bakı.Trend:
Vyetnam çoxtərəfli əməkdaşlıq çərçivəsində korrupsiya cinayətlərinə qarşı mübarizədə qarşılıqlı dəstək göstərmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə Vyetnamın Baş prokurorunun müavini Nquyen Quanq Zunq Bakıda keçirilən “GlobE Network”un 6-cı plenar iclasının sessiyası çərçivəsində jurnalistlərə bildirib.
O, sessiyanın Azərbaycanda təşkilini yüksək qiymətləndirdiyini deyib:
"Bakı şəhərində keçirilən görüşdə iştirak etmək böyük şərəfdir. İclasın uğurla keçiriləcəyinə inanırıq".
Baş prokurorun müavini bildirib ki, Vyetnam Azərbaycanla qurulan dostluq münasibətləri ilə qürur duyur:
"Keçmişdə bir çox vyetnamlı Azərbaycanda təhsil alıb və bu gün dövlət qurumlarında rəhbər vəzifələrdədirlər. Bununla yanaşı, Azərbaycan Vyetnamın neft və qaz sənayesinin qurulmasında və inkişaf etdirilməsində dəstək göstərib. Bu isə Vyetnamın iqtisadi inkişafına müsbət töhfə verib".