...

Naxçıvanın icra hakimiyyəti orqanlarının bu sahələrdəki səlahiyyətləri ləğv edilir

Cəmiyyət Materials 23 May 2025 12:13 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Su obyektlərinin istifadəsi və mühafizəsi, meliorasiya və irriqasiya sahəsində Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanlarının bütün səlahiyyətləri ləğv edilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məlumat üçün bildirək ki, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində su təchizatı sahəsində idarəetmə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və onun tabeliyində olan publik hüquqi şəxslərə ötürülüb.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti