...

Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb (FOTO)

Cəmiyyət Materials 11 İyun 2025 10:57 (UTC +04:00)
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 10-da Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun (1915-1989) anım günü münasibətilə sənətkarın xatirə otağının açılışı olub.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, müğənninin ailə üzvləri iştirak ediblər.

Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev, Əməkdar incəsənət xadimləri – bəstəkar Aydın Əzimov və şair Baba Vəziroğlu çıxış edərək müğənninin Azərbaycanın musiqi mədəniyyəti tarixindəki böyük rolundan söz açıblar. Rəşid Behbudovun yaratdığı və adını daşıyan teatrda Xatirə otağının yaradılması təqdirəlayiq addım kimi dəyərləndirilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Mahnı Teatrının musiqi kollektivi, eləcə də tanınmış müğənnilərin ifasında unudulmaz sənətkarın repertuarından nəğmələr səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti