...

Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına sərbəst qaydada məktəb və müəllim seçimi başlayır

Cəmiyyət Materials 22 İyul 2025 16:03 (UTC +04:00)
Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına sərbəst qaydada məktəb və müəllim seçimi başlayır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 22 iyul 2025-ci il saat 16:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunur.

"Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:

Alternativ qeydiyyat mərkəzlərinə

Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti