...

Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 22 İyul 2025 17:01 (UTC +04:00)
Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq - XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Yeni Ramanı” qaz xətti üzərində quraşdırılmış tənzimləyicinin, Nəsimi rayonunun H.Əliyev və C. Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən yeraltı orta təzyiqli siyirtmənin əvəz olunması məqsədilə 23.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Ramanı Südçülük Sovxozunun, Elşən Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının bir hissəsinin, Ramanı qəsəbəsinin, Yeni Ramanı, D. Bünyadzadə, Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində isə Deputatski küçəsinin bir hissəsinin, Ramanı 2-ci sahə Şuşa qaçqın şəhərciyinin, Ramanı qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V. Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin, həmçinin Nəsimi rayonu üzrə isə C. Məmmədquluzadə, H.Əliyev, A.Əliyev, S.Rəhman, C. Səlimov, A. Salamzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti