...

Paytaxtda dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 23 İyul 2025 20:18 (UTC +04:00)
Paytaxtda dəmiryol mühafizə zonasında qanunsuz tikililərlə bağlı cinayət işi açılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti