Bakı. Trend:
Sumqayıtda itkin düşən yeniyetmə tapılaraq ailəsinə təhvil verilib.
Trend xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm. Amma, ancaq, lakin bu həssas hadisə ilə bağlı azyaşlının adı, fotosu və şəxsi məlumatlarının mətbuata verilməsi heç düzgün yanaşma deyil. Belə hallarda uşağın hüquqları, məxfiliyi və psixoloji sağlamlığı ön planda olmalıdır və buna da əməl etmək lazımdır,istər ailə istərsədə media tərəfindən.
Ailənin bu qədər detalla informasiya verməsi qətiyyən doğru deyil. Bu,uşağın hüquqlarının pozulması və onun gələcəyi üçün risk yarada bilər.
Medianın bu məlumatları yayması da ciddi etik və hüquqi problemlərə yol aça bilər. Uşaqların hüquqlarını qoruyan qanunvericilik (məsələn, Uşaq hüquqları haqqında Konvensiya və yerli qanunlar) bu cür açıqlamaları qadağan edir.
️İtmə hadisəsi varsa polisə müraciət olunur və onun
axtarışlarına başlanılır.
Uşağın gələcək həyatına mənfi təsirlərin qarşısını almaq üçün hər
kəs etik qaydalara əməl etməli, ailə isə daha diqqətli
davranmalıdır!",- deyə o paylaşımında qeyd edib.