...

Paytaxt məktəbləri üzrə 4 063 şagirdin yerdəyişmə sorğusu yerləşdirilib

Cəmiyyət Materials 11 Avqust 2025 10:29 (UTC +04:00)
Paytaxt məktəbləri üzrə 4 063 şagirdin yerdəyişmə sorğusu yerləşdirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 11-nə (saat 10:00) olan məlumata əsasən, şagirdlərin yerdəyişməsi elektron xidməti (sy.edu.az) vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 4 063 sorğu yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ll-lX və Xl siniflər üzrə şagird yerdəyişməsi 5 avqust tarixindən sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. X siniflər üçün isə 12 avqust saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti