...

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu prosesinə start verilir

Cəmiyyət Materials 12 Avqust 2025 12:20 (UTC +04:00)
Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu prosesinə start verilir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub. Növbəti müsabiqənin isə 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 29 iyul – 4 avqust tarixlərini əhatə edən sənəd qəbulu prosesi bitib.

"Müvafiq vəzifə üzrə 7027 nəfər müraciət edib və 5000-ə yaxın ərizə təsdiq edilib. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 400-ə yaxın vakant yer mövcuddur.

Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmun və metodika, pedaqoji və psixoloji yanaşmaları əhatə edir. Namizədlər bu sənədlə ARTİ-nin (Azərbaycan Respublikasının Təhsil İnstitutu) rəsmi internet səhifəsində tanış ola bilərlər",- deyə məlumata əlavə edilib.

Qeyd edək ki, Məktəbəqədər təhsil müəssisələrinə peşəkar kadrların cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti