...

Hazırda 35 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərilir - Agentlik

Cəmiyyət Materials 3 Noyabr 2025 15:48 (UTC +04:00)
Hazırda 35 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərilir - Agentlik
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli filialları tərəfindən 35 şəhid ailəsi evdə (səyyar) sosial-məişət xidməti ilə təmin olunur.

Trend xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, həmin ailələr Sumqayıt, Xaçmaz, Quba, Şamaxı, Ağsu, Hacıqabul, Cəlilabad, Astara, Zərdab və digər şəhər və rayonlarda yaşayırlar.

Agentliyin sosial xidmətçiləri şəhidlərimizin yadigarlarının evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.

Agentlik tərəfindən bu ilin ötən dövründə ümumiilikdə 3774 nəfər tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərilib.

Bu xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti