...

İki rayonun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Cəmiyyət Materials 12 Noyabr 2025 17:17 (UTC +04:00)
İki rayonun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İki rayonun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz"İB məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin “Zirə-Şimal DRES” magistral qaz kəmərinə birləşdirilməsi, Suraxanı rayonunda qaz xəttinin hündürlüyə qaldırılması işləri ilə əlaqədar 13.11.2025-ci il tarixdə saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Xaşa-Xuna bağları ərazisində, Suraxanı rayonunun Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti