Bakı. Trend:
Dövlət qulluqçusu vəfat etdikdə onun vərəsələrinə müavinət ödəniləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verildikdə onun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
