Bakı. Trend:
Həm davam edən yağmurlu hava şəraiti, həm də həftəsonu olduğu üçün paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Sıxlığın azaldılması məqsədilə yol polisi əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür. Texniki nasaz avtomobillər yolda qaldıqda, yol-nəqliyyat hadisələri baş verdikdə dərhal əraziyə evakuatorlar cəlb olunaraq nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri həyata keçirilir.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən
Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən
Heydər Əliyev prospekti istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən
Əliyev küçəsi istiqamətində;
10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından
"Azneft" dairəsi istiqamətində;
12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
13. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar"
metro stansiyası istiqamətində;
14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
15. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq
müşahidə olunur.
