Bakı. Trend:
Azərbaycan Respublikasında istehsal olunan energetik içkilər üzrə aksiz dərəcələri artırılacaq.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, energetik içkilərin hər litrinə 0,2 manat artırılaraq 3,3 manat aksiz dərəcəsi tətbiq ediləcək.
