Bakı. Trend:
Gömrük rüsumlarından azad edilən malların siyahısı genişləndiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Baş Prokurorluğun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı da gömrük rüsumlarından azad ediləcək.
