...

Bir sıra texnikaların ehtiyat hissələrinin idxalı gömrük rüsumlarından azad edilib

Cəmiyyət Materials 1 Yanvar 2026 09:57 (UTC +04:00)
Bir sıra texnikaların ehtiyat hissələrinin idxalı gömrük rüsumlarından azad edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gömrük rüsumlarından azad edilən malların siyahısı genişləndirilib.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Baş Prokurorluğun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı da gömrük rüsumlarından azad edilib.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti