...

Bəzi yanacaq növlərinə tətbiq edilən gömrük rüsumu və aksiz güzəştinin müddəti artırılıb

Cəmiyyət Materials 1 Yanvar 2026 09:02 (UTC +04:00)
Bəzi yanacaq növlərinə tətbiq edilən gömrük rüsumu və aksiz güzəştinin müddəti artırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi məhsullara idxal zamanı tətbiq edilən gömrük rüsumu və aksiz dərəcəsi güzəştinin müddəti artırılıb.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxal gömrük rüsumu və aksiz dərəcələrinə tətbiq edilən güzəştin müddəti bir il uzadılıb.

Məlumat üçün bildirək ki, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxalında 1 ton üçün 80 manat aksiz dərəcəsinə güzəşt tətbiq edilirdi. Güzəştin müddəti uzadılaraq 2026-cı il dekabrın 31-dək 1 ton üçün 1 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Həmçinin sözügedən məhsullara 15 % idxal gömrük rüsumundan azadolma tətbiq edilirdi. Bu güzəştin müddəti də 2026-cı il dekabrın 31-dək uzadılıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti