Bakı. Trend:
Azərbaycanlıların həmrəyliyi günü gözəl bayramdır. Həmişə belə həmrəy olaq.
Bunu Azərbaycan Respublikasının keçmiş Baş Prokuroru şəhid İsmət Qayıbovun, Qarabağa səfər edən ailə üzvləri Trend-in Qarabağ bürosuna müsahibəsində deyib.
1991-ci ildə Azərbaycan Respublikasının Baş prokroru vəzifəsində çalışdığı zaman Qarabağda gedən qeyri qanuni terrorçu dəstələrin cəmləşməsinin qarşısını almaq üçün bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mİ-8 vertolyotunun ermənilər tərəfində vurulması nəticəsində şəhid olan İsmət Qayıbovun ailəsi, əvvəlcə Ağdamda, daha sonra Xocalı, Xankəndi və Şuşa şəhərlərində olub.
“Mən İsmət Qayıbovun oğluyam. Bu da İsmət Qayıbovdu, mənim
oğlumdu atamın adını daşıyır. Biz, birinci dəfədir ki, bura
gəlmişik. Mən ötən il burada olmuşam. Bu dəfə də ailəvi gəlmişik.
Ürəyim dağa dönüb də.. Nə deyim daha sizə. Gözəl... Bəli, bəli
gözəl hisslərdir. 35 ildir hər dəfə, hər yeni il bayramı deyirdik
ki, gələn ili Allah qoysa Şuşada. Amma gələ bilmirdik. Bilirsiniz
budəfə dedik yox, budəfə getməliyik. Vətən qayıdıb, torpaq qayıdıb
gözəl hisslərdir.
Hər il yeni il olur. Amma azərbaycanlıların həmrəyliyi günü gözəl
bayramdır mənim üçün. Tam səmimi deyirəm ki, hamı həmişə həmrəy
olaq.“
Qeyd edək ki, İsmət İsmayıl oğlu Qayıbov, Azərbaycan Respublikasının ilk Baş Prokuroru olub. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində həlak olub.
