...

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Cəmiyyət Materials 2 Yanvar 2026 11:12 (UTC +04:00)
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

"Məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti