Bakı. Trend:
Yanvarın 11-12-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Qobustan, Xızı, Qusar, Daşkəsəndə narıncı
xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti
20.8-28.4 m/san-dək güclənəcək.
"Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul,
Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı,
Ağsu, İsmayıllı, Şabran, Xaçmaz, Quba, Siyəzən, Kəlbəcər, Laçın,
Füzuli, Zəngilan, Gəncə, Gədəbəy, Göygöl, Naftalan, Samux,
Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Lerik, Yardımlı, Lənkəran,
Masallı, Astara, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq
cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil
edəcək", - xəbərdarlıqda qeyd olunub.
