...

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət Materials 2 Fevral 2026 11:45 (UTC +04:00)
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2-6 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti