...

Bu mərkəz milli təhlükəsizlik və iqtisadi dayanıqlılıq üçün strateji əhəmiyyət daşıyır - İsrail səfiri

Cəmiyyət Materials 9 Fevral 2026 11:01 (UTC +04:00)
Bu mərkəz milli təhlükəsizlik və iqtisadi dayanıqlılıq üçün strateji əhəmiyyət daşıyır - İsrail səfiri
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təkcə bir təlim müəssisəsi deyil, eyni zamanda vizyonun, insanlara sərmayənin və bilik gücünə inamın rəmzidir.

Trend xəbər verir ki, bu fikirləri bu gün İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbirində çıxışında deyib.

Səfir vurğulayıb ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi çox xüsusi bir məna daşıyır:

“Azərbaycan və İsrail arasında birgə layihə olan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi kibertəhlükəsizliyin artıq sadəcə texniki bir sahə olmadığını, milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və texnoloji inkişaf üçün strateji sütun olduğunu göstərən ortaq anlayışı əks etdirir. Mərkəzin nailiyyətləri öz sözünü deyir”.

Səfir vurğulayıb ki, yüzlərlə mütəxəssisin hazırlanması və onların dövlət və özəl sektorun əsas mövqelərinə yerləşdirilməsi əlamətdar bir uğurdur.

“Bu, Azərbaycanın təkcə infrastruktur deyil, həm də ən yüksək səviyyədə insan kapitalı formalaşdırdığını göstərir”,- deyə R.Kraus əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti