...

Fermərlərə bu mövzularda "WhatsApp"la məlumat göndəriləcək

Cəmiyyət Materials 12 Fevral 2026 16:19 (UTC +04:00)
Fermərlərə bu mövzularda "WhatsApp"la məlumat göndəriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sahənizlə bağlı don, xəstəlik, zərərverici, hava məlumatları, suvarma, dərmanlama vaxtları ilə bağlı WhatsApp üzərindən məlumat ala bilərsiniz.

Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı nazirliyi məlumat yayıb.

Bildirilir ki, Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini genişləndirmək, fermer və sahibkarların qərarvermə proseslərini məlumat əsaslı və daha səmərəli etmək məqsədi ilə həyata keçirilir. Layihə çərçivəsində torpaq və bitki məlumatlarının analiz edilməsi, iqlim və suvarma göstəricilərinin izlənməsi, eləcə də məhsuldarlığın proqnozlaşdırılması üzrə süni intellekt əsaslı modellərin tətbiqi nəzərdə tutulur.

Qeydiyyatdan keçən iştirakçılar layihə üzrə yeniliklər, imkanlar və müvafiq bildirişlər barədə mütəmadi olaraq məlumatlandırılacaqlar.

Qeydiyyat layihədə iştirak və gələcək əməkdaşlıq imkanlarının qiymətləndirilməsi üçün vacibdir.

Forumun linki:

https://lnkd.in/eDDCAuXD

Məqalədə:
Xəbər lenti

Xəbər lenti