...

Sabirabadda zəhərlənən ailə üzvlərini xəstəxanadan evə buraxdılar - 11 yaşlı uşaq öldü

Cəmiyyət Materials 12 Fevral 2026 17:37 (UTC +04:00)
Sabirabadda zəhərlənən ailə üzvlərini xəstəxanadan evə buraxdılar - 11 yaşlı uşaq öldü
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

12.02.2026-cı il tarixində saat 01:20 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar:

"Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü (kişi) azyaşlı 12.02.2026-cı il tarixində 15:00 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.

Hazırda digər 3 nəfərin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti