...

Qanunsuz medallar təsis etməkdə təqsirləndirilən fond prezidentinin məhkəməsi başladı

Cəmiyyət Materials 13 Fevral 2026 10:43 (UTC +04:00)
Qanunsuz medallar təsis etməkdə təqsirləndirilən fond prezidentinin məhkəməsi başladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qanunsuz medallar təsis etməkdə təqsirləndirilən “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun məhkəməsi başlayıb.

Trend xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Daha sonra hakim işin baxışa verilməsi barədə qərar qəbul edib.

Baxış iclası fevralın 25-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İbtidai istintaqla “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsis etdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində və şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlət orqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilən orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti