...

ALİ MƏKTƏBLƏRƏ SƏNƏD QƏBULU BAŞLANDI

Cəmiyyət Materials 21 İyun 2005 13:21 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2005-2006-cı tədris ili üçünölkənin dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinə sənədlərin qəbulu başlanıb. Trend agentliyinin məlumatına görə, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə iyunun 21-də keçirilən brifinq zamanı bəyan edib.

Ali məktəblərə daxil olmaq hüququna ölkənin bütün vətəndaşları, eləcə də Azərbaycanın ali məktəblərində təhsil almaq istəyənxarici vətəndaşlar da malikdir. 2005-ci ildə orta, xüsusi və peşəməktəbləri bitirmiş abiturientlər iyunun 22-dən iyulun 7-nə kimi sənədlərinin qəbul komissiyasına təqdim etməldiirlər. Orta, orta ixtisas və peşə məktəblərini bitirən abituriyentlər bundan əvvəlki illərdə sənədlərini iyunun 22-dən 30-na kimi hər gün təqdim edirdilər.Gürcüstanda yaşayan azərbaycanlılar sənəd qəbulu komissiyasına ərizələrini Qazax rayonunda, Dağıstan Respublikasında yaşayan azərbaycanlılar isə Qusar rayonunda təqdim edə bilərlər. M. Abbaszadənin sözlərinə görə, TQDK həmçinin bacarıq və istedadların aşkar olunması üzrə mərkəzləşdirilmiş qaydada imtahanlar da keçirir.

Bu il 27 dövlət və 15 qeyri-dövlət ali məktəblərinə planlaşdırılmış yerlərin sayı 28 785 yer ( ötən il bu rəqəm 28 475 təşkil edirdi) təşkil edir. Onlardan 23 585-si dövlət, 5 200-ü isə qeyri-dövlət ali məktəblərinə məxsusdur. Dövlət ali məktəblərində 10 828 yer pulsuz, 12 757 yer isə pullutəhsilə ayrılıb. 2005-2006 -cı tədris ilində 254 ixtisas üzrəqəbul keçiriləcək. Bu il həmçinin "İqtisadiyyatın nizamlanması", "Sığorta işinin təşkili", "Ekoloji kimya", və "Urdu dili və ədəbiyyatı" kimi yeni ixtisaslar üzrə qəbul həyata keçiriləcək. Orta məktəbi 2005-ci ildə bitirmiş oğlan abituriyentlərəmöhlət alamq lazım gəlməyəcək Qəbul imtahanları Bakı və Naxçıvanda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti