Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Suleymanova vətəndaşların hüquqları ilə bağlı məsələlərlə yerində tanış olmaq üçün Lerik, Yardımlı və Masallı rayonlarına səfər edib. Bu barədə Trend ə avqustun 9-da Ombudsman Aaparatından məlumat veriblər.
Səfərin gedişində, E. Suleymanova əhalinin sosial sahədə vəziyyəti ilə tanış olub, rayon administrasiyalarının, bələdiyyələrin və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb. Azərbaycanın ombudsmanı ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən kompleks tədbirləri müsbət qiymətləndirib.
E. Suleymanova vətəndaşlara şəxsiyyət vəsiqələrinin təqdim olunmasına xüsusi diqqət ayırıb. Qeyd olunub ki, respublikada yaxınlaşmaqda olan parlament seçkiləri ilə əlaqədar rayonlarlakı hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib və hazırda yaşayış məntəqələrində şəxsiyyət vəsiqələrinin sürətləndirilmiş qaydada paylanılmasına başlanılıb.
İnsan hüquqları üzrə müvəkkil vətəndaşların müvəqqəti saxlanma yerlərinə də baş çəkib.