...

MƏTBUAT ŞURASI ÜZVLƏRİ QAX VƏ ZAQATALADA YERLİ MEDİANIN DURUMU İLƏ TANIŞ OLUBLAR

Cəmiyyət Materials 6 Sentyabr 2005 18:42 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının nümayəndələri Qax və Zaqatala rayonlarında ezamiyyətdə olub, yerli kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə tanış olublar. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Bölgələrə səfərin məqsədi parlament seçkiləri öncəsi yerli KİV-lərdə təbliğatın gedişi ilə tanış olmaqdır. Nümayəndələr "Zaqatala" və "Şəlalə" qəzetlərinin, regional "Aygün TV"nin və yerli radioların redaksiyalarında görüşlər keçiriblər.

Söhbətlər zamanı diqqət əsasən seçki öncəsi durumda namizədlərə bərabər imkanların yaradılmasına yönəlib. KİV-lərin balanslı informasiyaya üstünlük verməsinin vacibliyi vurğulanıb. Hər iki rayonun icra hakimiyyətindəki görüşlərdə də namizədlərə eyni səviyyədə yanaşılmasının zəruriliyinə toxunulub.

MŞ nümayəndələri yerli nəşrlərə balanslı xəbərləmə ilə bağlı bir sıra tövsiylər veriblər. Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının sədri İbrahim Məmmədli bildirib ki, MŞ medianın seçki öncəsi durumunu öyrənmək məqsədilə ölkəmizin digər bölgələrinə də səfərlər təşkil etməyi nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti