...

TAYKVANDO ÜZRƏ GƏNCLƏRDƏN İBARƏT AZƏRBAYCAN YIĞMASI AVROPA BİRİNCİLİYİNDƏ ÇIXIŞ EDƏCƏK

Cəmiyyət Materials 8 Sentyabr 2005 12:48 (UTC +04:00)

Taykvando üzrə gənclərdən ibarət Azərbaycan yığması sentyabrın 8-də Palermoda start veriləcək Avropa birinciliyində iştirak edəcək.

Trend in məlumatına görə, komandanın tərkibinə 15 idmançı: Telman İmanov (37 kq), Emin Şahbazov (40 kq), Tural Salamov (46 kq), Faiq Tanrıverdiyev (49 kq), Nicat Haqverdiyev (53 kq), Nicat Mikayılov (57 kq), Səbuhi İsmayılov (61 kq), Məhəmməd Əzizli (65 kq) və Emin Musayev (+65 kq) daxildir. Əgər bu kollektiv İtaliyada tam tərkibdə təmsil olunubsa, qızlardan ibarət yığmada cəmi 5 idmançı: Ülkər Musayeva (35 kq), Reyhan Bağırova (38 kq), Aygün Abdullayeva (41 kq), Fatma İbrahimova (44 kq) və Pərvin Rahimova (57 kq) çıxış edəcək.

Komandanın baş məşqçisi Məmməd Abdullayev yarışda taykvandoçuların perspektivlərini qiymətləndirərək, onların uğurla çıxış edəcəyinə ümidvar oluğunu bildirib.

Xəbər lenti

Xəbər lenti