...

CÜDOÇU MÖVLUD MİRƏLİYEV DÜNYA ÇEMPİONATINDA DOQQUZUNCU OLUB

Cəmiyyət Materials 9 Sentyabr 2005 12:33 (UTC +04:00)

Azərbaycanlı cüdoçu Mövlud Mirəliyev (100 kq) Qahirədə keçirilən dünya çempionatında 9-cu yerə layiq görülüb.

Trend in xəbər verdiyi kimi, birinci qarşılaşmada idmançımız litvalı Marius Paşkeviçus üzərində qələbə qazansa da, növbəti döyüşdə Keij Suzukiyə məğlub olaraq, yüksək mükafatdan əlini üzüb. Növbəti döyüşlərdə uğurlu çıxış ona bürünc mükafat qazandıra bilərdi. Lakin M.Mirəliyev birinci qarşılaşmada almaniyalı Mixael Juraka qalib gələrək, Olimpiadadakı məğlubiyyətinin əvəzini çıxsa da, sonda üçüncü yerə layiq görülmüş rusiyalı Dmitri Kabanova məğlub olub.

Çempionatın qalibi finalda ukraynalı Vitali Bubon üzərində qələbə qazanmış K.Suzuki olub (100 kq).

Xəbər lenti

Xəbər lenti